5bc4b117-a42d-4185-be21-e9370f67dc97..jpg

UEFA Konfrans Liqasında dörddəbir final mərhələsinin oyunlarına start veriləcək

Baxış sayı: 417 dəfə baxılıb.

UEFA Konfrans Liqasında dörddəbir final mərhələsinin oyunlarına start veriləcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün UEFA Konfrans Liqasında dörddəbir final mərhələsinin oyunları
keçiriləcək.

Məlumata görə, günün qarşılaşmaları Çexiya, Yunanıstan, İngiltərə və Belçikada
baş tutacaq.

“Olimpiakos” (Yunanıstan) “Fənərbağça” (Türkiyə) ilə, “Plzen” (Çexiya)
“Fiorentina” (İtaliya) ilə, “Aston Villa” (İngiltərə) “Lill” (Fransa) ilə,
“Brügge” (Belçika) PAOK (Yunanıstan) ilə qarşılaşacaq.

Komandaların cavab matçları aprelin 18-də keçiriləcək.

Qeyd edək ki, dörddəbir final mərhələsinin bütün oyunları bu gün, Bakı vaxtı
ilə saat 23:00-da keçiriləcək.

UEFA Konfrans Liqası dörddəbir final mərhələsi

11 aprel

“Olimpiakos” – “Fənərbağça”

Baş hakim: Sandro Şerer (İsveçrə)

Pirey, Georgios Karaiskakis stadionu

“Plzen” – “Fiorentina”

Baş hakim: Orel Qrinfeld (İzrail)

Plzen, “Dossan Arena” stadionu

“Aston Villa” – “Lill”

Baş hakim: Espen Eskos (Norveç)

Birmingem, “Villa Park” stadionu

“Brügge” – PAOK

Baş hakim: Daniel Zibert (Almaniya)

Brügge, Jan Breydel stadionu

Source link