42a16c10-0c41-4f20-889f-861ca0cc07eb..jpg

UEFA Mahir Emrelinin formasını geyindiyi klubu cəzalandırdı

Baxış sayı: 1. 421 dəfə baxılıb.

UEFA Mahir Emrelinin formasını geyindiyi klubu cəzalandırdı

UEFA Türkiyənin “Konyaspor” klubunu cəzalandırıb.

Buna Super Liqa təmsilçisinin 2022/23 mövsümündə müddəti bitmiş borcları
ödəməməsi səbəb olub. Klub 150 min avro məbləğində cərimələnib. Eyni hal
təkrarlanacağı təqdirdə, kluba avrokuboklarda iştirak qadağasının qoyulacağı
açıqlanıb.

Qeyd edək ki, Azərbaycan millisinin üzvü Mahir Emreli bir müddət əvvəl icarə
əsasında Xorvatiyanın “Dinamo” (Zaqreb) klubundan “Konyaspor”a keçib. O, hələ
yeni komandasında rəsmi debüt etməyib.

Mənbə: “Sporx”

Source link