a2ba5838-ef63-495f-b385-2202869ba6ff.jpg

UEFA Millətlər Liqası: Azərbaycan millisinin heyəti açıqlanıb

Baxış sayı: 43 dəfə baxılıb.

Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının qrup mərhələsi
çərçivəsində Estoniya və Slovakiya yığmalarına qarşı keçiriləcək oyunlar üçün
heyəti müəyyənləşib.

Cixisyolu.com xəbər verir ki, millimizin baş məşqçisi Fernandu Santuş AFFA-nın
inzibati binasında təşkil edilən mətbuat konfransında komandaya dəvət etdiyi
futbolçuların adlarını açıqlayıb.

Portuqaliyalı mütəxəssis oktyabrın 7-dən təlim-məşq toplanışına başlayacaq
heyətə aşağıdakı oyunçuları dəvət edib:

1

Mehdi Cənnətov

“Sumqayıt”

2

Rza Cəfərov

“Neftçi”

3

Aydın Bayramov

“Zirə”

4

Bəhlul Mustafazadə

“Qarabağ”

5

Abbas Hüseynov

“Qarabağ”

6

Qismət Alıyev

“Zirə”

7

Rahil Məmmədov

“Radomiak Radom”, Polşa

8

Zamiq Əliyev

“Eqnatia”, Albaniya

9

Bədavi Hüseynov

“Qarabağ”

10

Anton Krivotsyuk

“Daejeon Hana Siti”, Cənubi Koreya

11

Şəhriyar Əliyev

“Turan Tovuz”

12

Elvin Cəfərquliyev

“Qarabağ”

13

Coşqun Diniyev

“Bandırmaspor”, Türkiyə

14

Elvin Camalov

“Sabah”

15

Aleksey İsayev

“Qarabağ”

16

Xəyal Nəcəfov

“Turan Tovuz”

17

Ceyhun Nuriyev

“Zirə”

18

Emin Mahmudov

“Neftçi”

19

Toral Bayramov

“Qarabağ”

20

Ozan Can Kökçü

HİK, Finlandiya

21

Rüstəm Əhmədzadə

“Zirə”

22

Ramil Şeydayev

“Neftçi”

23

Mahir Emreli

“Nürnberq”, Almaniya

24

Renat Dadaşov

“Ankaragücü”, Türkiyə

Millimiz oktyabrın 7-də toplanacaq və ayın 8-9-da Neftçi Futbol Mərkəzində
məşq keçirəcək. Komanda oktyabrın 9-da, saat 15:00-da Estoniyanın paytaxtı
Tallinə yollanacaq. Baş məşqçi Fernandu Santuş komandanı oktyabrın 10-da, Bakı
vaxtı ilə saat 18:00-da “Lilleküla” stadionunda Estoniya seçməsi ilə oyunöncəsi
son məşqə çıxaracaq. Millimiz Estoniya yığması ilə görüşdən bir gün sonra –
oktyabrın 12-də səhər məşqə çıxacaq, Bakı vaxtı ilə saat 14:00-da isə Bakıya
qayıdacaq. Oktyabrın 13-də, saat 17:00-da Tofiq Bəhramov adına Respublika
Stadionunda Slovakiya yığması ilə oyunöncəsi son məşq olacaq.

Qeyd edək ki, Azərbaycan milli komandası C liqasının I qrupu çərçivəsində
oktyabrın 11-də “Lilleküla” stadionunda Estoniya yığması ilə, oktyabrın 14-də
isə Tofiq Bəhramov adına Respublika Stadionunda Slovakiya seçməsi ilə
qarşılaşacaq. Hər iki oyun eyni vaxtda – saat 20:00-da başlayacaq

Source link