UEFA Millətlər Liqasında Azərbaycan və Slovakiya millilərinin qarşılaşdığı
matç start götürüb.
Cixisyolu.com xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda
keçirilir.
UEFA Millətlər Liqası: Azərbaycan Slovakiyaya qarşı
19:45
Bu gün UEFA Millətlər Liqasında üz-üzə gələcək Azərbaycan və Slovakiya
millilərinin start heyətləri açıqlanıb.
Cixisyolu.com xəbər verir ki, milli komandalar meydana aşağıdakı 11-liklə çıxacaqlar:
Azərbaycan: Mehdi Cənnətov, Qismət Alıyev, Rahil Məmmədov, Bədavi Hüseynov,
Anton Krivotsyuk, Aleksey İsayev, Ceyhun Nuriyev, Elvin Cəfərquliyev, Toral
Bayramov, Mahir Emreli, Ramil Şeydayev.
Slovakiya: Marek Rodak, David Hançko, Lubomir Satka, Milan Şkrinyar, Peter
Pekarik, Ondrey Duda, Stanislav Lobotka, Laslo Beneş, Tomas Suslov, David
Strelets, Lukas Qaratslin.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək
görüş saat 20:00-da başlayacaq.
08:00
Bu gün UEFA Millətlər Liqasında növbəti görüşünü keçirəcək Azərbaycan millisi
Slovakiya yığması ilə üz-üzə gələcək. Qarşılaşma Tofiq Bəhramov adına
Respublika Stadionunda baş tutacaq.
Cixisyolu.com xəbər verir ki, IV turun ikinci oyun günündə daha 10 oyun keçiriləcək.
Belə ki, Belçika Fransa ilə, Bosniya və Herseqovina Macarıstanla, Almaniya
Niderlandla, İtaliya İsraillə, İslandiya Türkiyə ilə, Ukrayna Çexiya ilə, Uels
Monteneqro ilə, Estoniya isə İsveçlə Bakı vaxtı ilə saat 22:45-də qarşılaşacaq.
Gürcüstan-Albaniya, Azərbaycan-Slovakiya görüşləri isə saat 20:00-da
başlayacaq.
Qeyd edək ki, IV turun oyunlarına oktyabrın 15-də yekun vurulacaq.
14 oktyabr
UEFA Millətlər Liqası
IV tur
Saat 20:00, Azərbaycan – Slovakiya
Saat 20:00, Gürcüstan – Albaniya
Saat 22:45, Belçika – Fransa
Saat 22:45, Bosniya və Herseqovina – Macarıstan
Saat 22:45, Almaniya – Niderland
Saat 22:45, İtaliya – İsrail
Saat 22:45, İslandiya – Türkiyə
Saat 22:45, Ukrayna – Çexiya
Saat 22:45, Uels – Monteneqro
Saat 22:45, Estoniya – İsveç
UEFA Millətlər Liqası: Azərbaycan Slovakiyaya qarşı