4436a7b9-7158-4da1-862f-1a4dd4eae53c.jpg

UEFA Millətlər Liqası: Ronaldu qol vurdu, Portuqaliya qalib gəldi

Baxış sayı: 242 dəfə baxılıb.

UEFA Millətlər Liqasının III tur oyunlarına yekun vurulub.

Cixisyolu.com xəbər verir ki, son oyun günündə Polşa və Portuqaliya milliləri üz-üzə
gəliblər.

Varşavadakı Milli Stadionda baş tutan qarşılaşmada qonaqlar qalib gəliblər –
1:3. Prineylilərin ikinci qolunu Kriştianu Ronaldu vurub.

Digər oyunlarda Xorvatiya doğma meydanda Şotlandiyanı minimal fərqlə məğlub
edib – 2:1.

Bolqarıstan – Lüksemburq və Belarus – Şimali İrlandiya matçlarında hesab
açılmayıb – 0:0.

Kosovo səfərdə Litvadan üstün olub – 1:2.

Rumıniya səfərdə Kiprin qapısından üç cavabsız top keçirib – 0:3.

Serbiya inamlı qələbəsilə İsveçrəni əliboş yola salıb – 2:0.

İspaniya cəmi bir qol vuraraq Danimarkadan üç xal qazanıb – 1:0.

Source link