58454509-38ab-4e5c-95e2-51e945fa70a5.jpg

UEFA-nın əmsallar cədvəli: Azərbaycanın mövqeyi dəyişməyib

Baxış sayı: 295 dəfə baxılıb.

Çempionlar Liqasının Liqa mərhələsinin II turunun ilk gününün nəticələri
əmsallar cədvəlində dəyişikliklərə səbəb olub.

Cixisyolu.com xəbər verir ki, keçirilən 9 matçdan sonra bəzi ölkələrin xal hesabı
dəyişsə də, mövqe dəyişikliyi qeydə alınmayıb.

Azərbaycanın da cədvəldəki yeri dəyişməz qalıb. Hesabında 19.125 xal olan
ölkəmiz Avropada 27-cidir. Bir pillə öndə olan Rumıniyanın da aktivində eyni
xal ehtiyatı var, 28-ci olan Bolqarıstan isə 18.875 xal toplayıb.

Cari mövsümün qazancı 2.375-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” 1.250,
“Qarabağ” 0.750, “Sabah” 0.250, “Sumqayıt” 0.125 xal əldə edib.

Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir – 91.160 xal.

Source link