UEFA-nın Azərbaycan futzal millisinə texniki məğlubiyyət verməsinin səbəbi
müəyyənləşib – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsinin ötən il dekabrın 15-də futzal
üzrə DÇ-2024-ün elit mərhələsində keçirilmiş Azərbaycan – Rumıniya oyununun
nəticəsini ləğv etməsinin və millimizə texniki məğlubiyyət (0:5) verməsinin
səbəbi müəyyənləşib.
“Report”un əldə etdiyi məlumata görə, buna yığmamızın heyətində meydana çıxmaq
icazəsi olmayan futzalçıdan istifadə edilməsi səbəb olub.
Qərarda komandamızın UEFA İntizam Qaydasını pozduğu qeyd olunsa da, konkret ad
göstərilməyib. Amma söhbət həmin qarşılaşmada çıxış edən braziliyalılar Amadeu
və ya Vileladan gedir.
Yığmamızın yer aldığı A qrupunda bu sanksiya daha əvvəl 2 dəfə Rumıniyaya
tətbiq olunub. Belə ki, Niderland kollektivinin şikayəti əsasında analoji
səbəbdən UEFA-nın adıçəkilən komitəsi Rumıniya – Niderland və Niderland –
Rumıniya oyunlarının nəticəsini ləğv etmiş, hər iki oyunda Rumıniyaya texniki
məğlubiyyət (0:5) vermişdi.
Qeyd edək ki, Azərbaycan – Rumıniya görüşü 5:5 hesabı ilə başa çatmışdı.
18:12
UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi ötən il dekabrın 15-də futzal üzrə
DÇ-2024-ün elit mərhələsində keçirilmiş Azərbaycan – Rumıniya oyununun
nəticəsini ləğv edib.
Bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.
Bildirilib ki, komitənin qərarı ilə millimizə texniki məğlubiyyət (0:5)
verilib.
Buna səbəb qeyd olunan oyun zamanı yığmanın UEFA İntizam Qaydasını pozmasıdır.
Komandamızın yer aldığı A qrupunda bu sanksiya millimizdən əvvəl iki dəfə
Rumıniya yığmasına tətbiq olunub. Belə ki, Niderland kollektivinin şikayəti
əsasında, analoji səbəbdən UEFA-nın adıçəkilən komitəsi Rumıniya – Niderland və
Niderland – Rumıniya oyunlarının nəticəsini ləğv edib, hər iki oyunda
Rumıniyaya texniki məğlubiyyət (0:5) verib.
Qeyd edək ki, Azərbaycan – Rumıniya görüşü 5:5 hesabı ilə başa çatmışdı.