03133fc6-a442-472e-bec8-5f00304117d9..jpg

UEFA-nın Azərbaycan klublarına ödədiyi milyonlar

Baxış sayı: 744 dəfə baxılıb.

UEFA-nın Azərbaycan klublarına ödədiyi milyonlar

UEFA-nın 2022-ci ildə Azərbaycan Premyer Liqasında çıxış edən klublara
ayırdığı maliyyə vəsaiti bəlli olub.

Cixisyolu.com xəbər verir ki, bu barədə AFFA-nın növbəti konfransında bildirilib.
Qeyd olunub ki, Avropa futbol qurumu səkkiz kluba ümumilikdə 28 milyon 924 min
10 manat ödəyib.

“Qarabağ”a 24 497 200 manat, “Neftçi”yə 1 635 397 manat, “Zirə”yə 961 395
manat, “Qəbələ”yə 847 787 manat, “Sumqayıt”a 847 787 manat, “Sabah”a 320 749
manat, “Şamaxı”ya 165 465 manat, “Səbail”ə isə 146 931 manat ödəniş edilib.

Ümumi məbləğ 2021-ci ildə Azərbaycan klublarına ödənilən məbləğdən 12 milyon
627 min 912 manat çoxdur.

Qeyd edək ki, klubların avrokuboklarda çıxışı və digər layihələrlə əlaqədar
UEFA-dan ayrılan maliyyə vəsaitləri AFFA-nın hesabına və müvafiq olaraq
assosiasiya tərəfindən klubların hesabına köçürülüb.

Faiq Tahirov

Source link