UEFA-nın “Barselona”ya dair işə baxacağı tarix müəyyənləşib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Avropa Futbol Federasiyaları Assosiasiyası (UEFA) fevral ayında İspaniyanın
“Barselona” klubunun törətdiyi mümkün maliyyə pozuntuları ilə bağlı apardığı
araşdırmanın nəticələrini açıqlayacaq.
Məlumata görə, daha doqquz klub, o cümlədən Fransanın PSJ, İngiltərənin
“Mançester Siti” və İtaliyanın “Milan” klubları da maliyyə qaydalarına əməl
etmədiyinə görə istintaqa cəlb olunub.
Xatırladaq ki, yayda UEFA artıq “Barselona”nı təşkilatın maliyyə feyr-pley
qaydalarını pozduğuna görə 500 min avro cərimələyib.
Mənbə: TASS