Bakıda UEFA İcraiyyə Komitəsinin iclası baş tutub.
ÇıxışYolu.Com xəbər verir ki, iclasdan sonra qitə futbol qurumunun sloveniyalı rəhbəri Aleksander Çeferin jurnalistlərin suallarını cavablandırıb:
– Bu gün baş tutacaq finala Bakı tamamilə hazırdırmı?
– Əlbəttə. İndiki vəziyyətə uyğun olaraq Bakı tamamilə hazırdır. Hər şey yaxşı səviyyədə təşkil edilib.
– Dünən Bakıda Henrik Mxitaryan formasında azarkeş saxlanılıb.
– Mən ancaq konfransdan sonra bundan xəbər tutmuşam. Konfrans bitdikdən sonra ətraflı məlumat veriləcək.
– Londondan Bakıya məsafə uzaqdır. Düşünmürsünüz ki, bu azarkeşlər üçün problemdir?
– Məsafə ilə götürsəniz, Bakıdan Dublinə də uzaqdır. Futbolun xəritəsini genişləndirmək lazımdır. Mən belə şeylərə qarşıyam. Futbol üçün məsafə olmamalıdr.
– Ermənistan mətbuatı yazır ki, Mxitaryan diplomatik hücum etdi, sonra estafet erməni depuatatlara keçdi. Siz bu barədə dəqiq nə deyə bilərsiniz?
– Bu məsələni şərh etmək istəmirəm. Erməni mətbuatının yazdığı məni maraqlandırmır. Azərbaycan dövləti bütün təminatları verdi. Mxitaryanın şəxsi qərarı idi bura gəlməmək. Heç bir problem görünmürdü.
Səbuhi MUSAYEV