UEFA prezidenti İlham Əliyevə məktub göndərib

UEFA prezidenti İlham Əliyevə məktub göndərib

Baxış sayı: 2. 690 dəfə baxılıb.

UEFA prezidenti Aleksander Çeferin İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

ÇıxışYolu.Com xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Azərbaycanda futbolun inkişafı ilə bağlı 2016-cı ildə Bakıda keçirdiyimiz görüşü məmnunluq hissi ilə xatırlayıram.

İcazə verin, ötən müddətdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) və valehedici ölkənizin milyonlarla futbol azarkeşinə verdiyiniz dəstək üçün Sizə bir daha təşəkkürümü bildirim.

Prezidentliyinizin yeni dönəmində Bakıda dünya miqyaslı iki futbol tədbiri keçiriləcək – UEFA Avropa Liqası 2019-un final oyunu və Avro-2020-nin oyunları.

Əminəm ki, Sizin dəstəyiniz və AFFA-nın diqqətəlayiq səyləri sayəsində hər iki vacib yarış birmənalı şəkildə uğurla keçiriləcək. Ali dövləti fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayıram”.

www.ÇıxışYolu.Com