UEFA “Qalatasaray” klubunun iki futbolçusunu “Həftənin ən yaxşısı”
nominasiyasına namizəd göstərdi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
UEFA Türkiyənin “Qalatasaray” klubunun iki futbolçusunu “Həftənin ən yaxşısı”
nominasiyasına namizəd göstərib.
Bu barədə UEFA-dan açıqlama verilib.
Çempionlar Liqası A qrupunun 5-ci həftəsində qonaq olduğu “Mançester
Yunayted”lə 3:3 hesabı ilə bərabərə qalan klubun oyunçuları Hakim Ziyeç və
Kerem Aktürkoğlu performansları ilə seçiliblər və “Həftənin ən yaxşısı” uğrunda
namizədlər sırasında yer alıblar.
Mərakeşli ulduz Hakim Ziyeç “Mançester Yunayted”lə oyunda 2 qol və 1 məhsuldar
ötürmə ilə fərqlənib və “Həftənin oyunçusu”na namizəd göstərilib.
“Mançester Yunayted”lə oyunda “Qalatasaray”a 71-ci dəqiqədə 3:3 hesablı
bərabərlik qazandıran Kerem Aktürkoğlu isə “Həftənin qolu” adı uğrunda 4
namizəd arasında yer alıb.
Mənbə: Haber Global