48e87bf8-919b-4699-b37d-c5a3ab00eb73.jpg

UEFA “Qarabağ”ın məşqçisini cəzalandırıb

Baxış sayı: 191 dəfə baxılıb.

UEFA “Qarabağ”ın məşqçisi Çudomir Çakarovu ikioyunluq cəzalandırıb.

“Report”un məlumatına görə, buna 47 yaşlı mütəxəssisin Bakıda “Ayaks”a
uduzduqları (0:3) Avropa Liqasının Liqa mərhələsinin III turunun matçında
qırmızı vərəqə alması səbəb olub.

Görüşü idarə edən şotlandiyalı FIFA referisi Nikolas Uolş fasilədə
Bolqarıstandan olan məşqçiyə qırmızı vərəqə göstərib.

O, Avropa Liqasında qarşıdakı iki matçda texniki zonada əyləşə bilməyəcək.

Bundan əlavə, həmin qarşılaşmada birbaşa qırmızı vərəqə görən Julio Romao və
ikinci sarı vərəqədən sonra meydandan qovulan Elvin Cəfərquliyev hərəyə
biroyunluq cəzalandırılıblar.

Qeyd edək ki, “Qarabağ” IV turda, noyabrın 7-də Norveçdə “Bodo Qlimt”in qonağı
olacaq.

Source link