d0a72e4d-6b50-48e4-a8c2-1eeab1659ad4..jpg

UEFA “Qarabağ”ın ötən mövsüm avrokuboklardan əldə etdiyi gəliri AÇIQLADI

Baxış sayı: 840 dəfə baxılıb.

UEFA “Qarabağ”ın ötən mövsüm avrokuboklardan əldə etdiyi gəliri AÇIQLADI

“Qarabağ”ın 2021/2022 mövsümündə avrokuboklardan əldə etdiyi gəlir bəlli olub.

UEFA-nın hesabatından verilən məlumata görə, Ağdam təmsilçisi Konfrans
Liqasının qrup mərhələsindəki çıxışına görə ümumilikdə 6 524 000 avro vəsait
qazanıb.

Bunun 2 940 000 avrosu iştirak haqqı kimi “köhlən atlar”ın hesabına köçürülüb.
Bundan başqa, “Qarabağ”a qrupdakı performansına görə 2 344 000 avro, əmsala
görə 935 000 avro, pley-offa çıxdığı üçün 300 000 avro, reklamlardan isə 10 000
avro pul ödənilib.

Yekun məbləğdən 5 000 avro müəyyən xərclərə görə çıxılıb.

Qeyd edək ki, “Qarabağ” ötən mövsüm Konfrans Liqasında qrup mərhələsini 2-ci
pillədə tamamlayaraq pley-offa vəsiqə qazanıb. Bu raundda Fransa “Marsel”inə
uduzan (1:3, 0:3) ağdamlılar turnirlə vidalaşıb.

Source link