9be9ca56-3517-43dd-bf73-a3d1bc037378..jpg

UEFA “Qarabağ”la oyunda baş verənlərə görə Sloveniya klubunun şikayətini rədd etdi

Baxış sayı: 586 dəfə baxılıb.

UEFA “Qarabağ”la oyunda baş verənlərə görə Sloveniya klubunun şikayətini rədd
etdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Sloveniyanın “Olimpiya” klubunun “Qarabağ”a qarşı Avropa Liqasının
pley-off mərhələsinin ilk oyunu ilə bağlı verdiyi apellyasiya şikayətini rədd
edib.

Qitə futbol qurumunun rəsmi saytı xəbər verir ki, təşkilatın Nəzarət, Etika və
İntizam Komitəsinin sentyabrın 28-də verdiyi qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, Lyublyanadakı qarşılaşmada “Olimpiya” meydana əşyaların
atılmasına görə 22 625, komandanın düzgün olmayan davranışına görə isə 4 500
avro cərimələnib. Görüş Azərbaycan çempionunun 2:0 hesablı qələbəsi ilə başa
çatmışdı. Bakıda rəqibi ilə 1:1 hesablı heç-heçə edən “köhlən atlar” turnirin
qrup mərhələsinə yüksəlib.

Source link