Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksandar Çeferin
çətin oyun təqvimi ilə bağlı futbolçu və məşqçilərin şikayətlərinə cavab verib.
Cixisyolu.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Onun fikrincə, şikayətlər ən yüksək maaş alan futbolçulardan və sərəncamında
25 oyunçunun olduğu klublardan gəlir.
“Maaşı az olanlar və 11 futbolçudan ibarət heyəti olan klublar şikayət
etmirlər. Onlar meydançaya çıxmağı sevirlər”, – UEFA rəhbəri bildirib.
Xatırladaq ki, daha əvvəl “Mançester Siti”nin və İspaniya millisinin
yarımmüdafiəçisi Rodri futbolçuların tətil etmə ehtimalı barədə danışmışdı.
Onlar matçların sayının azaldılmasını tələb edə bilərlər.