cd6ac110-4cc9-4899-a38b-da64261ea090..jpg

UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar AŞKARLADI – FOTO

Baxış sayı: 313 dəfə baxılıb.

UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar AŞKARLADI – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Stadionumuzda çatışmazlıqlar həddən artıq çoxdur”.

Bunu “Report”a “Turan Tovuz”un İdarə Heyətinin sədr müavini, klubun
infrastruktur və maliyyə üzrə direktoru Əli Balakişiyev deyib.

Klub rəsmisi UEFA-nın stadion inspektoru Neboyşa İvkoviçin Tovuz şəhər
stadionuna baxış keçirməsi barədə danışıb:

“UEFA nümayəndəsi ilə dörd saata yaxın görüşümüz oldu. Stadionun hər nöqtəsinə
baxış keçirildi. Konfrans Liqasına vəsiqə qazanacağımız təqdirdə, ilk təsnifat
görüşü Tovuzda keçirilə bilər. Müəyyən çatışmazlıqlar var, ancaq onları aradan
qaldıra bilərik. Arenanın ikinci təsnifat mərhələsi üçün hazır vəziyyətə
gətirilməsi iki ay vaxt aparacaq. Burada isə görüləcək işlər çoxdur və böyük
maliyyə vəsaiti tələb edir. Ancaq biz bunu da bacara bilərik. Sadəcə, vaxtımız
məhduddur”.

Ə.Balakişiyev stadionun süni örtüyünün təbii qazonla əvəzlənəcəyini bildirib:
“Növbəti mövsümün startına qədər bu işi bitirmək istəyirik. Lakin avrokuboklara
vəsiqə qazanacağımız təqdirdə, bu proses müvəqqəti yubana bilər. Çünki UEFA
təsnifat mərhələsinin görüşlərini süni meydanda keçirməyə icazə verir. Bundan
başqa, növbəti mövsümün əvvəlinə qədər işıqlandırma problemini də həll
edəcəyik”.

Source link