ad31338d-5404-459f-86db-e7a511d47859..jpg

UEFA reytinqi: Azərbaycan xal ehtiyatını artıraraq Rusiyaya daha da yaxınlaşıb

Baxış sayı: 546 dəfə baxılıb.

UEFA reytinqi: Azərbaycan xal ehtiyatını artıraraq Rusiyaya daha da yaxınlaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan UEFA reytinqində xal ehtiyatını artırıb.

“Report”un məlumatına görə, bu, “Qarabağ”ın UEFA Avropa Liqasının qrup
mərhələsinin V turunda Norveçdə “Molde” ilə heç-heçə (2:2) etməsi sayəsində
mümkün olub.

Bu bərabərlik sayəsində ölkə reytinqinə daha 0,250 xal əlavə edilib.
Azərbaycan hazırda 18,125 əmsalla 29-cu pillədə qərarlaşıb. Cari mövsümdəki
əmsal isə 3,875-ə çatıb.

UEFA-nın qərarı ilə klubları avrokuboklarda iştirak etməyən Rusiya 18,632
xalla 28-ci sıradadır.
Reytinqə 98,678 əmsalla İngiltərə başçılıq edir. İspaniya (84,739) ikinci,
İtaliya (80,998) isə üçüncü pillədə qərarlaşıb.

Source link