UEFA-ya hər görüş üçün cəza ödəyən baş məşqçi ilə yolları ayırıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
UEFA-ya hər görüşdə 22 min avro cəza ödəyən klub baş məşqçisi ilə yolları
ayırmaq qərarına gəlib.
Bu barədə insayder Fabrisio Romano xəbər verib.
Onun sözlərinə görə, Avropa klubları arasında ən gənc baş məşqçisinə sahib
olan Fransanın “Reyms” klubu 31 yaşlı çalışdırıcı Uill Stedi ilə yollarını
ayırıb.
Komanda Stedinin məşqçi lisenziyası olmadığı üçün UEFA-ya hər görüşdə 22 min
avro cəza ödəyib.
Qeyd edək ki, 2022-ci ilin oktyabr ayından komandanın baş məşqçisi vəzifəsini
icra edirdi.