2f2ad868-6a73-461d-9061-044b156aedc3..jpg

UEFA yarımçıq qalan Belçika – İsveç matçı barədə qərar verdi

Baxış sayı: 518 dəfə baxılıb.

UEFA yarımçıq qalan Belçika – İsveç matçı barədə qərar verdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Brüsseldə baş verən terror aktına
görə yarımçıq qalan Belçika – İsveç oyunu davam etdirilməyəcək.

UEFA yekun nəticə kimi matçın dayandırıldığı vaxt tabloda olan 1:1 hesabının
qeydə alındığını açıqlayıb.

Xatırladaq ki, oyun oktyabrın 16-da Brüsseldə baş tutub. Qarşılaşma zamanı
şəhərin mərkəzində terror aktı nəticəsində İsveç millisinin iki azarkeşinin
həlak olması məlum olub. İlk hissə 1:1 hesabı ilə başa çatandan sonra oyun
davam etdirilməyib.

Qeyd edək ki, belçikalılar 2024-cü il Avropa çempionatına vəsiqəni hələ bu
oyundan əvvəl təmin etmişdilər.

Mənbə: TASS

Source link