f7e8ccbd-b2c5-4e27-8fb4-8c108faa9fea..jpg

UEFA “Yuventus”u avrokuboklardan kənarlaşdıra bilər

Baxış sayı: 798 dəfə baxılıb.

UEFA “Yuventus”u avrokuboklardan kənarlaşdıra bilər

UEFA “Yuventus”u avrokuboklardan kənarlaşdıra bilər.

Məlumata görə, qurum komandanın maliyyə pozuntuları ilə bağlı işinin digər
istiqaməti – maaş saxtakarlığı ilə bağlı məsələlərə görə Avropadakı yarışlardan
kənarlaşdıra bilər. Belə pozuntuların baş verməsi faktı sübuta yetirilərsə,
UEFA klubun yeni maliyyə göstəricilərini nəzərə alaraq vəziyyəti
dəyərləndirəcək.

Qeyd edək ki, 2021-ci ildə “Yuventus” maliyyə feyr-pley qaydalarına əməl
etmədiyinə görə 3,5 milyon avro cərimələnib. Yaxın 3 ildə “Yuventus”un digər
maliyyə pozuntularına yol verdiyi sübut olunarsa, cərimənin məbləği 23 milyon
avroya qədər artacaq. İtkilərin miqdarından asılı olaraq, “Qoca sinyora” bir
mövsümdən çox avrokuboklardan uzaqlaşdırılmaqla da cəzalandırıla bilər.

Mümkün qadağa yalnız “Yuventus”un avrokuboklara vəsiqə qazanacağı təqdirdə
tətbiq olunacaq. Əgər klub bu mövsüm A Seriyasını ilk 7-likdə bitirə bilməsə,
cəza yalnız “Yuve” Avropa yarışlarına qayıdandan sonra qüvvəyə minəcək.

Mənbə: sports.ru

Source link