Uels millisi Azərbaycanla oyuna kapitanını çağırmadı

Baxış sayı: 2. 306 dəfə baxılıb.

Uels millisi Azərbaycanla oyuna kapitanını çağırmadı

Futbol üzrə Uels millisinin Azərbaycanla seçmə və Belarusla yoldaşlıq oyunu üçün heyəti açıqlanıb.

Uels Futbol Assosiasiyasının saytı xəbər verir ki, baş məşqçi Rayan Qiqz 26 oyunçuya dəvət göndərib. 

Yığmanın kapitanı Eşli Uilyams İngiltərənin “Everton” klubu ilə müqaviləsi başa çatıb, komandasız qaldığından, heyətə çağrılmayıb. Kapitanın Qaret Beyl olacağı gözlənilir.

Qapıçılar: Ueyn Henesi (“Kristal Pelas”, İngiltərə), Deni Uord (“Lester”, İngiltərə), Adam Deyvis (“Stok Siti”, İngiltərə);

Müdafiəçilər: Etan Ampadu (“Leypsiq”, Almaniya), Ben Deyvis (“Totenhem”, İngiltərə), Nil Teylor (“Aston Vila”, İngiltərə), Ceyms Laurens (“Anderlext”, Belçika), Co Rodon, Konor Roberts (hər ikisi “Suonsi”), Kris Mefam (“Bornmut”, İngiltərə), Tom Lokyer (“Çarlton”, İngiltərə), Kris Qanter (“Redinq”, İngiltərə);

Yarımmüdafiəçilər: Co Alen (“Stok Siti”, İngiltərə), Deniel Ceyms (“Mançester Yunayted”, İngiltərə), Uill Volks (“Kardif”), Metyu Smit (“Kuinz Park Reyncers”, İngiltərə), Aaron Remzi (“Yuventus”, İtaliya), Co Morel (“Linkoln”, İngiltərə), Hari Uilson (“Bornmut”, İngiltərə), Coni Uilyams (“Çarlton”, İngiltərə);

Hücumçular: Rayan Hecz (“Aberdin”, Şotlandiya), Ben Vudbörn (“Oksford Yunayted”, İngiltərə), Tom Laurens (“Derbi Kaunti”, İngiltərə), Sem Vouks (“Stok Siti”, İngiltərə), Qaret Beyl (“Real”, İspaniya), Kifer Mur (“Uiqan”, İngiltərə).

Qeyd edək ki, Uels millisi yığmamızla sentyabrın 6-da qarşılaşacaq. Üç gün sonra britaniyalılar Belarus millisini qəbul edəcək. Hər iki görüş Uelsin paytaxtı Kardifdə keçiriləcək.

Səbuhi Musayev