db8ce5f6-1526-4baf-b23f-208842b7fef3..jpg

“UFC-286”: Bu gecə Rafael Fiziyev Castin Geci ilə döyüşəcək

Baxış sayı: 2. 775 dəfə baxılıb.

“UFC-286”: Bu gecə Rafael Fiziyev Castin Geci ilə döyüşəcək

Bu gecə İngiltərənin paytaxtı Londonda “UFC-286” turniri keçiriləcək.

Cixisyolu.com xəbər verir ki, əsas proqramda Azərbaycan təmsilçisi Rafael Fiziyev də
oktaqona çıxacaq. Yüngül çəkidə döyüşən 29 yaşlı idmançı ABŞ təmsilçisi Castin
Geyci ilə üz-üzə gələcək.

“UFC-286” turnirinin əsas proqramı Bakı vaxtı ilə gecə 00:00-da start
götürəcək. Fiziyev – Geyci döyüşünün dəqiq başlanma vaxtı bəlli deyil. Bu,
turnirin gedişatından asılı olacaq.

Rafael MMA karyerasında 13 döyüşün 12-də qələbə qazanıb. O, cəmi 1 dəfə
oktaqonu məğlub tərk edib. Geyci isə 27 qarşılaşmanın 23-də güclü tərəf olub.
ABŞ-li idmançı 4 dəfə məğlubiyyətlə üzləşib.

Bu gecə keçiriləcək döyüşdə mütəxəssislər Rafael Fiziyevi favorit sayırlar.
“CBS Sports”un əməkdaşlarından Brent Brukhaus (döyüş növləri yazarı), Brayan
Kempel (döyüş növləri yazarı, “Morning Kombat”ın təşkilatçılarından biri),
Şakiel Mahcuri (yazar) və Maykl Mormil (prodüser) məhz Azərbaycan təmsilçisinin
qələbə qazanacağını düşünürlər. Yalnız Brendon Vayz (baş redaktor) üstünlüyü
Geyciyə verib.

Source link