2a53f7ba-7fb0-4125-875f-50d9037c1b15..jpg

UFC çempionunun məşqçisi: “Geyci ilə döyüşün gedişatına Fiziyev diktə edəcək”

Baxış sayı: 2. 871 dəfə baxılıb.

UFC çempionunun məşqçisi: “Geyci ilə döyüşün gedişatına Fiziyev diktə edəcək”

Yüngül çəkidə UFC çempionu Aleks Volkanovskinin məşqçisi Frenk Hikman Castin
Qeyci ilə Rafael Fiziyev arasında keçiriləcək döyüş haqda fikirlərini bölüşüb.

O, döyüşün gedişatına Azərbaycan təmsilçisinin diktə edəcəyini deyib:

“Rafael Fiziyev tam MMA döyüşçüsüdür. O, təkcə yumruq atmağı yox, güləşi də
yaxşı bacarır. Rafael müdafiədə də, hücumda da Geycinin öhdəsindən gəlməyə
qadirdir. O hər zaman təhlükəlidir. MMA döyüşündə hər şeyə hazır olmalısan.
Düşünürəm ki, bu döyüşün gedişatına Rafael Fiziyev diktə edəcək. Ona sadəcə
məsafəni qorumaq və mübarizə aparmaq lazımdır. Fiziyevin döyüş intellekti
həlledici olacaq. Castin üçün bu, çox uzun bir gecə ola bilər”.

“UFC-286” turniri çərçivəsində keçiriləcək Rafael Fiziyev – Castin Geyci
döyüşü bu gecə İngiltərənin paytaxtı Londonda baş tutacaq.

Mənbə: “MMA Junkie”

Source link