6fa57075-70ee-41eb-92f4-d2020a777a4a..jpg

“Uğur centlmenləri”nin Bakıda doğulan aktyoru vəfat edib – FOTO

Baxış sayı: 512 dəfə baxılıb.

“Uğur centlmenləri”nin Bakıda doğulan aktyoru vəfat edib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Uğur centlmenləri” filmində “Mitya” obrazını canlandıran Rusiya
Federasiyasının (RF) Əməkdar artisti Anatoli Yabbarov 86 yaşında vəfat edib.

Qeyd edək ki, A.Yabbarov 1937-ci ildə Bakıda anadan olub. Orta məktəbi
bitirənədək burada yaşayıb.

Yabbarovun debütü 1964-cü ildə çəkilmiş “Bir vaxtlar qoca ilə qarı var idi”
filmindəki rolu olub. “Qaçış”, “Uğur centlmenləri”, “İki kapitan”, “Həbsxanadan
qaçış” filmləri ona ən böyük şöhrət gətirib.

1996-cı ildən Yabbarov Dövlət Kino Aktyor Teatrında işləyib. 2011-ci ildə
“Furtseva” və “Sevgi girovları” seriallarında rol alıb.

Aktyor 1996-cı ildə Rusiyanın Əməkdar artisti adını alıb, 2011-ci ildə isə
“Dostluq” ordeni ilə təltif edilib.

Mənbə: kino-teatr.ru

Source link