9a207005-5892-4c24-afae-3e05e91de423..jpg

“Uğurlu antiterror tədbirindən sonra bölgədə dayanıqlı sülh və təhlükəsizlik mümkün olacaq” – ŞƏRH + FOTO

Baxış sayı: 420 dəfə baxılıb.

“Uğurlu antiterror tədbirindən sonra bölgədə dayanıqlı sülh və təhlükəsizlik
mümkün olacaq” – ŞƏRH + FOTO

“Azərbaycan 44 günlük Zəfərdən sonra Ermənistanla münasibətləri
normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında
sülh müqaviləsi imzalamaq, ölkəmizin Qarabağ regionundakı etnik ermənilərin
Azərbaycan vətəndaşları kimi reinteqrasiyası və onların bütün hüquq və
azadlıqlarının təmin olunması üçün çox səylər göstərdi”.

Bu sözləri Cixisyolu.com-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov lokal
xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunması
ilə bağlı danışarkən deyib.

Deputat bildirib ki, Azərbaycan dəfələrlə baş verən erməni təxribatlarına
baxmayaraq, onlara bölgədə dinc və təhlükəsiz yaşamaq şərtlərini təklif edib:

“Azərbaycan Qarabağ regionundakı erməni sakinlərə Ağdam-Xankəndi və
Laçın-Xankəndi yollarından eyni anda istifadə etməklə Beynəlxalq Qızıl Xaç
Komitəsinin yük avtomobilləri ilə malların çatdırılmasını təmin etdi. Ancaq
onlar bunu başa düşmədilər. Azərbaycan vəziyyətin çıxılmaz olduğunu nəzərə
alaraq antiterror tədbirlərini başlatdı və öz istəyinə nail oldu”.

Millət vəkili qeyd edib ki, Azərbaycanın Qarabağ bölgəsində yerləşən
Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı
dəstələrinin silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan
çıxaraq tam şəkildə tərk-silah olması müzəffər Ali Baş Komandanİlham Əliyevin
və yenilməz Ordumuzun başlatdığı antiterror tədbirlərinin qısa vaxtda uğurla
başa çatması deməkdir.

“Bu, 44 günlük Zəfərdən sonra Azərbaycanın növbəti qələbəsidir. Azərbaycan
bununla da öz Konstitusiya hüquqları çərçivəsində atdığı addımlara uyğun olaraq
dincliyi və sabitliyi pozan, insanların həyatına qəsd edən terrorçuları
zərərsizləşdirərək bölgədə sülhün və dayanıqlı təhlükəsizliyin əbədiliyini də
təmin etmiş oldu”.

A.Hüseynov deyib ki, artıq bundan sonra bölgədə təhlükəsiz və dinc həyat ritmi
təmin olunacaq, Azərbaycan vətəndaşları olan ermənilər dinc şəraitdə yaşayacaq
və bölgənin rifahlı həyatına reinteqrasiya olunacaqlar:

“Bununla bölgədə sülh və dayanıqlı təhlükəsizlik mühitində geniş əməkdaşlıq
qurulacaq, bütün ölkələrin iştirakı ilə birgə iqtisadi layihələr icra olunacaq.
Qarabağ və Şərqi-Zəngəzur sülh və əmin-amanlıq bölgəsi kimi hamıya açıq olacaq.
Ermənistan da artıq bu şansdan istifadə edərək bu əməkdaşlıq formatına
qoşularaq gələcək rifahını təmin edə bilər”.

“Müdafiə Nazirliyi lokal xarakterli antiterror tədbirlərini dayandırdı.
Azərbaycan Ordusunun antiterror tədbirləri aparması Ermənistanın üzərinə düşən
öhdəliyi yerinə yetirməməsinin nəticəsidir. 2020-ci il noyabrın 10-da öhdəlik
götürmüşdü ki, öz ordusunu, silahlı birləşmələrini Qarabağdan çıxaracaq.
Ermənistan üç il ərzində ordusunu silahlandırdı, terror əməliyyatları həyata
keçirdi. Azərbaycan Ordusu dünən antiterror tədbirlərinə başladı. Bu gün başa
çatdı. Ona görə başa çatdı ki, Xankəndidəki separatçı rejim məğlub olduğunu
bildirdi. Bütün şərtləri qəbul edir.

Azərbaycan dövləti həmişə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir.
Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərə Azərbaycan vətəndaşlarına şamil
olunan bütün hüquqlar veriləcək. Ermənilər silahlı birləşmələrini məcburi
qaydada çıxaracaqlar. Qələbəmiz Azərbaycan Respublikasının Ali Baş Komandanı
İlham Əliyevin siyasəti, prinsipial mövqeyi, peşəkarlığı və beynəlxalq
hüquqlara hörmətlə yanaşmasının nəticəsidir”, – deyə A.Hüseynov əlavə edib.

Xatırladaq ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya
sülhməramlı kontingenti vasitəsilə müraciəti nəzərə alınaraq 2023-cü il
sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli
antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub:

1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı
qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə
qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərk-silah
olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini
tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə
əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

Nəzrin Vahid

Source link