8aec48b3-802f-4c19-98f7-419bb74cd9d0..jpg

Uill Smitin şilləsi ailəsini xilas edib

Baxış sayı: 444 dəfə baxılıb.

Uill Smitin şilləsi ailəsini xilas edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Oskar 2022” mükafatlandırma mərasimində Uill Smitin həyat yoldaşı haqqında
zarafat etdiyinə görə aparıcı Kris Roka sərt şillə vurmasını yəqin ki, çoxları
xatırlayırlar.

Bundan sonra sənətçi bir neçə dəfə ictimaiyyət qarşısında üzr istəsə də, o, 10
il ərzində mərasimlərdən uzaqlaşdırılıb.

Uill Smitin həyat yoldaşı Jada Pinket Smit etiraf edib ki, bu hadisə onların
evliliyini sözün əsl mənasında xilas edib. Məsələ burasındadır ki, cütlük uzun
illər çox çətin münasibətdə olub və elə həmin şillə xanıma aktyorun onu
həqiqətən nə qədər sevdiyini göstərib.

“Kim bilir, bu baş verməsəydi, münasibətlərimiz necə olardı?”, – deyə qadın
bildirib.

Jada və Uillin evliliyi 26 ildir davam edir. Cütlük 1997-ci ildə evlənib.
Ailənin üç övladı var.

Mənbə: championat.com

Source link