efd3bcc0-480e-4f6e-8ea2-7c04704e9dcc..jpg

Uill Smitin xanımı yeddi ildir gizlətdikləri sirri açıqladı – FOTO

Baxış sayı: 430 dəfə baxılıb.

Uill Smitin xanımı yeddi ildir gizlətdikləri sirri açıqladı – FOTO

Hollivud ulduzu Uill Smitin həyat yoldaşı aktrisa Cada Pinkett Smit ərindən
yeddi il əvvəl ayrıldığını etiraf edib.

Bu barədə o, müsahibəsi zamanı danışıb.

“Biz hələ də münasibətlərimizi müəyyənləşdiririk və onların üzərində çox
işləyirik. Bir-birimizi dərindən sevirik və bu evliliyin necə davam edəcəyini
anlamağa çalışırıq”, – deyə 52 yaşlı aktrisa bildirib.

Müsahibə zamanı o, ulduzla görüşünü də xatırlayıb.

“Bir gün Uill zəng edib dedi ki, Los-Ancelesə gələndə xəbər elə görüşək və
telefonu qapatdı. Düşündüm ki, vau, tamam. Los-Ancelesə çatanda zəng etdim. O
vaxtdan bəri ondan qurtula bilmədim”, – deyə Pinket-Smit etiraf edir.

Qeyd edək ki, Cada və Uill Smit 1997-ci ildə ilk uşaqları Cadenə hamilə
olarkən evləniblər.

Xatırladaq ki, 2022-ci ildə “Oskar” mərasimi zamanı qalmaqal yaşanıb. Belə ki,
səhnədə olan aktyor Kris Rok komediya ustası Uill Smitin həyat yoldaşı Cada
Pinkett-Smitin saçı ilə bağlı zarafat edib (Cada Pinkett-Smit xəstəliklə
əlaqədar saçlarını itirib). Buna reaksiya verən Uill Smit səhnəyə qalxıb və
Rokun üzünəşillə vurub . Bundan sonra Kino
Sənətləri və Elmləri Akademiyası Smitə “Oskar” da daxil olmaqla 10 il ərzində
öz tədbirlərində iştirakaqadağa qoyub.

Mənbə: People

Source link