Amerikalı müğənni Uitni Hyustonun lazerlə yaradılan təsviri Böyük Britaniyadakı qastrol turu çərçivəsində çıxış edəcək.
Rus saytları “The Independent” nəşrinə istinadən xəbər verir ki, təsvirinin yaradılması ilə müğənninin müəllif hüquqlarını almış “Primary Wave” şirkəti məşğul olur.
Şirkətin marketinq məsələləri üzrə baş vitse-prezidenti deyib: “Tur qeyri-adi bir tamaşaya çevriləcək. Biz şounun mümkün qədər gerçəkliyə yaxın olmasına çalışmışıq”.
Qeyd edək ki, “Primary Wave” eyni zamanda Roy Orbison və Emi Uaynhausun da holoqramlarının hazırlanması üzərində çalışır.
Xatırladaq ki, U.Hyuston 2012-ci ildə, 48 yaşında dünyasını dəyişib.