Ukrayna Ali Radasının nümayəndə heyəti Azərbaycanda keçiriləcək prezident
seçkisini müşahidə edəcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ukrayna Ali Radasının nümayəndə heyəti fevralın 7-də Azərbaycanda keçiriləcək
növbədənkənar prezident seçkisini müşahidə edəcək.
Secki-2024.az saytı xəbər verir ki, müşahidə missiyasına Ukrayna Ali Radası
sədrinin müavini Olena Kondratyuk başçılıq edəcək.
Müşahidə missiyasına ukraynalı deputatlar – Ukrayna-Azərbaycan
parlamentlərarası dostluq qrupunun həmsədri Valeriy Kolyux, Sergey Bunin və
Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratyukun beynəlxalq məsələlər
üzrə müşaviri Oleksandr Mişenko daxildir.
Qeyd edək ki, Ukrayna Ali Radasının müşahidə missiyası fevralın 4-8-də
Azərbaycanda səfərdə olacaq, seçkinin nəticələrinə dair hesabat hazırlayacaq.