Ukrayna Avropa yolunda - MDB-dən üz çevirir

Ukrayna Avropa yolunda – MDB-dən üz çevirir

Baxış sayı: 2. 497 dəfə baxılıb.

Ukraynanın MDB çərçivəsində bağladığı bir neçə müqavilədən çıxması ilə bağlı fərman dərc olunub. 

ÇıxışYolu.Com xəbər verir ki, sənəd Ukrayna prezidenti Petro Poroşenkonun rəsmi saytında yerləşdirilib.

“Ukrayna konstitusiyasının 107-ci maddəsini əsas götürərək qərara alıram: Ukrayna milli məhlükəsizlik və müdafiə şurasının 2018-ci il mayın 2-dəki “Müstəqil Dövlətlər Birliyi çərçivəsində Ukraynanın bağladığı bir sıra ayrı beynəlxalq sazişlərdən imtina edilməsi” qərarı qüvvəyə minsin. 

Sərəncam yayımlandığı gündən qüvvəyə minir”, – Poroşenkonun imzaladığı əmrdə deyilir. 

Sənəd mayın 19-da imzalanıb. Həmin gün Poroşenko Ukraynanın MDB-nin nizamlayıcı orqanlarındakı nümayəndələrini geri çağırıb və bildirib ki, “onların orada işi yoxdur – biz Avropa ilə birlikdə hərəkət edirik”. 

Ukraynanın MDB-nin nizamlayıcı qurumlarında iştirakının dayandırılması layihəsi apreldə hazırlanmağa başlayıb. 

Mayın 23-də məlum olub ki, MDB bundan sonra da Ukraynanı tədbirlərə dəvət edəcək.

Təşkilatdan bildirilib ki, təşkilatdan çıxmaqla bağlı bəyanatlara baxmayaraq, Kiyevdən MDB-yə rəsmi sənəd təqdim edilməyib.

www.ÇıxışYolu.Com