Ukraynanın “Ukroboronprom” dövlət müəssisəsi Azərbaycanın hərbi sursat proqramında iştirak edəcək.
Bu haqda “Ukrobonoprom” mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, İstanbulda keçirilən “IDEF-2019” beynəlxalq hərbi sərgisi çərçivəsində müəssisənin baş direktoru Pavel Bukin Azərbaycanın müdafiə sənayesi nazirinin birinci müavini Yəhya Musayevlə görüşüb.
Görüşdə artileriya silahları sursatlarının ayrı-ayrı hissələrinin istehsalı ilə bağlı məsələlər müzakirə olunub. “Ukrobonoprom”un istehsal üçün bütün lazımi texnologiyalara malik olduğu bildirilir.
“Ukrobonoprom”, həmçinin, Azərbaycandan hərbi sursatların və yaxın məsafədən döyüş vasitələrinin alınmasına maraq göstərib.