0b6af4cc-2f99-475b-95c5-8c0773095a10..jpg

Ukrayna daha şiddətli müharibənin astanasında – VİDEO

Baxış sayı: 724 dəfə baxılıb.

Ukrayna daha şiddətli müharibənin astanasında – VİDEO

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları
çatdırıb.

O bildirib ki, Rusiya ordusu ötən gün Ukraynanın cəbhədən kənar şəhərlərinə də
raket zərbləri endirib.

“Xersona ard-arda edilən raket hücumları nəticəsində 6 mülki şəxsin həlak
olduğu, xeyli yaşayış ərazisinin, eləcə də uşaq bağçası və xəstəxananın
dağıldığı bildirilir”, – deyə jurnalist əlavə edib.

Qeyd edilib ki, Soledarın işğalından sonra Donetskdə vəziyyət gərginləşib.
Ukraynanın əks-hücumunun ləngiməsinə səbəb kimi isə gözlənilən hərbi yardımın
gec gəlib çatması göstərilir.

O da bildirilib ki, ABŞ-nin vəd edilən tankların verilməsini ləngitməsi
Ukrayna əhalisində çaşqınlıq yaradıb.


Source link