Ukrayna Dünya Bankından 1,34 milyard dollar alıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Dünya Bankı Ukrayna büdcəsinə 1,34 milyard dollar köçürüb, pul sosial sahənin
dəstəklənməsinə sərf olunacaq.
Bu barədə Ukrayna Maliyyə Nazirliyi mətbuata açıqlamasında bildirib.
Maliyyələşdirmə “Ukraynada davamlı dövlət idarəçiliyinin təmin edilməsi üçün
dövlət xərclərinin dəstəklənməsi” layihəsi çərçivəsində alınıb ki, bunun böyük
hissəsi Yaponiyanın zəmanəti ilə Dünya Bankının 1,086 milyard dollar məbləğində
kreditidir. Ukraynaya Norveç, Amerika Birləşmiş Ştatları və İsveçrə hökumətləri
tərəfindən 260 milyon dollar məbləğində qrant dəstəyi də verilib.
“Vəsait Ukraynanın dövlət büdcəsinin təhlükəsizlik və müdafiə sahəsinə aid
olmayan xərclərini, xüsusən də pensiya ödənişləri və Dövlət Fövqəladə Hallar
Xidmətinin əməkdaşlarına ödənişləri qismən kompensasiya etmək üçün istifadə
olunacaq”, – deyə məlumatda bildirilir.
Mənbə: lenta.ru