33282a7f-66a6-4def-a50e-d95939e4730f..jpg

Ukrayna energetika nazirinin müavini: “Strateji marağımız Azərbaycanla əməkdaşlıqdır”

Baxış sayı: 748 dəfə baxılıb.

Ukrayna energetika nazirinin müavini: “Strateji marağımız Azərbaycanla
əməkdaşlıqdır”

Ukraynanın strateji marağı Avropa İttifaqı (Aİ), ABŞ, Türkiyə və Azərbaycanla
əməkdaşlıqdır.

Cixisyolu.com Ukraynanın Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu
ölkənin energetika nazirinin müavini Nikolay Kolesnik deyib.

Kolesnik qeyd edib ki, Ukrayna Xəzər dənizindən Aİ-yə təbii qazın tranziti və
saxlanması üçün sərbəst imkanlar təqdim etməyə hazırdır.

Nazir müavininin sözlərinə görə, Ukrayna bu gün neft-qaz kompleksində
əməkdaşlıq çərçivəsində tərəflərin tamhüquqlu tərəfdaşıdır.

“Azərbaycanla əməkdaşlıq çərçivəsində əsas infrastruktur layihələrindən biri
neftin Xəzər regionundan Aİ bazarlarına nəqli üçün yeni marşrutun yaradılması
üzrə Avro-Asiya Neft Nəqliyyat Dəhlizi layihəsidir. Biz “Cənub Qaz Dəhlizi”
layihəsinin həyata keçirilməsində maraqlıyıq və təbii qazın nəqli
marşrutlarının şaxələndirilməsində əməkdaşlığa hazırıq”, – Nikolay Kolesnik
vurğulayıb.

Source link