e9bfa692-75df-4fb4-8384-2ded2f4e6398..jpg

Ukrayna Gürcüstanda ikinci cəbhə açacaq? – VİDEO

Baxış sayı: 791 dəfə baxılıb.

Ukrayna Gürcüstanda ikinci cəbhə açacaq? – VİDEO

“Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Mixail Saakaşvili və Ukrayna
haqqındakı bəyanatları həqiqəti əks etdirmir. Təəssüflər olsun ki, bu gün
qərbmeyilli xalqın yaşadığı Gürcüstanı rusiyameyilli hakimiyyət idarə edir”.

Bunu Baku TV-yə verdikləri müsahibələrində gürcü politoloqlar bildiriblər.

Onlar Ukraynanın Gürcüstanda ikinci cəbhə açmaq istəməsi haqqında səslənən
fikirlərə də münasibət bildiriblər.

“Bizim baş nazirin bəyanatları “özünəməxsusluğu” ilə seçilir. Ağrılı
məsələlərə yumorla yanaşır. O, baş nazir olsa da, ölkədə qərarlar Bidzina
İvanişvili tərəfindən verilir. Mixail Saakaşvili, eləcə də Ukrayna haqqında
dediklərinə gəlincə, Gürcüstanda mənfi proseslərə təkan vermək, ikinci cəbhənin
açılması kimi fikirlər həqiqəti əks etdirmir. Bu, Putinin bəyanatı ilə eynidir
və Rusiyanın maraqlarına xidmət edir. Ukraynanın müharibədəki qalibiyyəti gürcü
xalqının da qalibiyyəti olacaq”, – deyə Baçuki Kardava qeyd edib.


Source link