Ukrayna hadisələrinin Avropa xalqına depressiv təsirinə görə dövlətlər 600
milyard avro itirdilər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Avropa İttifaqı (Aİ) sakinlərinin depressiv psixi vəziyyəti ittifaq
iqtisadiyyatına 600 milyard avroya başa gəlir.
Bu barədə Polşa İqtisadiyyat İnstitutunun (PIE) analitik mərkəzindən
bildirilib.
“Aİ-nin 27 ölkəsində və Böyük Britaniyada psixi sağlamlıq problemlərinə görə
ümumi xərclər 600 milyard avrodan artıqdır, yəni ÜDM-in 4,2%-ni təşkil edir. Bu
xərclərin 1/3-dən çoxu məşğulluq və məhsuldarlığın azalması ilə bağlıdır”, –
deyə hesabatda qeyd edilir.
Bundan başqa, “Eurobarometer”in sorğusuna əsasən, respondentlərin 62%-i ruhi
vəziyyətlərinə Ukraynadakı münaqişənin və COVID-19 pandemiyasının təsir
etdiyini bildirib.
Qeyd olunur ki, psixi xəstəlik, təkcə Aİ iqtisadiyyatı üçün deyil, bütövlükdə
dünya iqtisadiyyatı üçün problemə çevrilib. Dünya İqtisadi Forumunun
hesablamalarına görə, 2030-cu ilə qədər bu cür xəstəliklərin müalicəsinin
dəyəri bütün qeyri-infeksion xəstəliklərlə mübarizənin qlobal xərclərinin
yarısını təşkil edəcək.
Mənbə: Interia.pl