Ukrayna istehsalı olan “Nadejda” helikopterinin ilk sınaq uçuşu həyata keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, Zaporojye vilayətində havaya qalxan “Nadejda”nın görüntüsü “YouTube” videoportalına yerləşdirilib.
Helikopter aviasiya mühərrikləri və qaz-turbin qurğularının istehsalı üzrə ixtisaslaşmış “Motor Siç” şirkəti tərəfindən hazırlanıb.
“Nadejdanın” sınaq uçuşları 2018-ci il ərzində davam edəcək. Helikopter yolların patrulu, qaz kəmərlərinin, boru xəttlərinin monitorinqi və digər məqsədlər üçün nəzərdə tutulub. Helikopterin 70 faizi kompozit materiallardan hazırlanıb.