7e2eaef0-d452-452d-a43a-ef0aac702240..jpg

Ukrayna kəşfiyyatı Rusiyanın milyonlarla dollarlıq gəmisini məhv etdiyi görüntüləri paylaşdı – FOTO/VİDEO

Baxış sayı: 494 dəfə baxılıb.

Ukrayna kəşfiyyatı Rusiyanın milyonlarla dollarlıq gəmisini məhv etdiyi
görüntüləri paylaşdı – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Qara Dəniz Donanmasının tərkibində olan
“Sergey Kotov” patrul gəmisini məhv edib.

Xüsusi əməliyyat Krımda “Magura V5” dəniz dronları vasitəsilə həyata keçirilib.

Bununla bağlı görüntülər Ukrayna Baş Kəşfiyyat İdarəsi tərəfindən yayımlanıb.

“Magura V5” dəniz dronları Kerç boğazı yaxınlığında “Sergey Kotov” gəmisini
görüb və gəminin arxa, sancaq və sol tərəflərinə zərbə endirib. Nəticədə gəmidə
yanğın başlayıb.

Ukrayna Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, batmış gəminin dəyəri
təxminən 65 milyon dollar təşkil edir.

Xatırladaq ki, martın 5-nə keçən gecə Krımda partlayışlar baş verib. Səhər
saatlarında isə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiyanın
“Sergei Kotov” gəmisinin məhv edildiyini təsdiqləyib.

Mənbə: UKR.net

Source link