Ukrayna Macarıstan konsulunu ölkədən çıxarmaq niyyətindədir.
ÇıxışYolu.Com xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Pavel Klimkin “Twitter” səhifəsində yazıb.
O bildirib ki, buna səbəb konsulun Ukrayna rəsmi qurumlarına xəbər vermədən Zakarpatye bölgəsində yaşayanlara Macarıstan pasportları verməsidir.
Rəsmi Kiyev bunu qeyri-dost addım kimi qiymətləndirib.