dff0f66b-4ee4-405f-8a6f-33cd434e4525..jpg

Ukrayna Milli Təhlükəsizlik Şurasının yeni rəhbəri sabiq Rusiya kəşfiyyatçısı imiş

Baxış sayı: 690 dəfə baxılıb.

Ukrayna Milli Təhlükəsizlik Şurasının yeni rəhbəri sabiq Rusiya kəşfiyyatçısı
imiş
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (TŞ) rəhbəri Aleksey Danilovu
əvəz edən Aleksandr Litvinenko Moskvada – SSRİ DTK-nın (KQB) Ali Məktəbində
təhsil alıb. Açıq mənbələrdən məlum olub ki, son üç ildə Ukrayna Xarici
Kəşfiyyat Xidmətinin sədri vəzifəsində çalışan 51 yaşlı Litvinenko Sovet
İttifaqı dağılandan sonra da Rusiyada FTX (FSB) Akademiyasında şifrələyici
işləyib.

Daha sonra o, Ukrayna TŞ-də hökumət rabitəsi şöbəsində çalışıb, Strateji
Araşdırmalar İnstitutunda işləyib, daha sonra TŞ-yə informasiya və analitik
təminat şöbəsinin rəis müavini kimi qayıdıb.

Litvinenko 2021-ci ildə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin edilib.

Mənbə: mk.ru

Source link