Ukrayna millisinin sabiq futbolçusu Azərbaycan klubunda

Baxış sayı: 2. 306 dəfə baxılıb.

Ukrayna millisinin sabiq futbolçusu Azərbaycan klubunda

“Sabah” Futbol Klubu heyətini yeni futbolçu ilə gücləndirib. 

ÇıxışYolu.Com xəbər verir ki, ukraynalı hücumçu Marko Deviçlə iki illik müqavilə bağlanıb. 

Deviç 1983-cü il oktyabrın 27-də Serbiyanın paytaxtı Belqradda doğulub. Hücumçunun son klubu İsveçrə çempionatında mübarizə aparan Lixtenşteyn “Vaduts”u olub. 

Deviç 2008-2014-cü illər aralığında Ukrayna millisinin şərəfini qoruyub. O, yığmada keçirdiyi 35 oyunda yeddi qola imza atıb. 

Marko Deviç yeni komandasında doqquz nömrəli formada çıxış edəcək.

Səbuhi Musayev
www.ÇıxışYolu.Com