5506363a-6fce-4514-95ab-a63b22ff80fd..jpg

Ukrayna Olimpiya Oyunlarını boykot edə bilər – FOTO

Baxış sayı: 833 dəfə baxılıb.

Ukrayna Olimpiya Oyunlarını boykot edə bilər – FOTO

Ukrayna Milli Olimpiya Komitəsinin (MOK) rəhbəri Vadim Qutsayt Olimpiya
Oyunlarını boykot edə biləcəklərini açıqlayıb.

Belə ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) rusiyalı və belaruslu idmançıların
müəyyən qaydalara riayət etməklə neytral statusda turnirdə çıxış etmə
imkanlarının araşdırılacağını bildirib.

Qutsayt sosial şəbəkələrdə buna etiraz edib və Ukraynanın hərbi əməliyyatlar
bitənədək məsələyə qarşı çıxacağını vurğulayıb.

“Hazırda sanksiyaların uzadılması, rusiyalı və belaruslu idmançıların
beynəlxalq yarışlarda iştirakının qarşısını almaq üçün növbəti mümkün addımlar
və prioritet tədbirlər üzərində iş aparılır. Əgər səsimiz eşidilməzsə, boykot
edib Olimpiya Oyunlarında iştirakdan imtina edəcəyimizi istisna etmirəm”, – o
yazıb.

Qeyd edək ki, növbəti Olimpiada 2024-cü ildə Parisdə keçiriləcək.

Source link