Ukrayna Silahlı Qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bununla bağlı Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
“Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının ölkədə hərbi vəziyyətin tətbiq edilməsi haqqında qərarına əsasən, Baş Qərargah rəisi – Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Ukrayna Silahlı Qüvvələrinin “tam” döyüş hazırlığı vəziyyətinə gətirilməsi ilə bağlı sərəncam verib”, – Müdafiə Nazirliyindən bildirilib.