Ukrayna Paris Olimpiadasını boykot edə bilər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ukraynanın gənclər və idman naziri vəzifəsini icra edən Matvey Bidnıy
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Rusiyadan idmançıların qəbulu ilə bağlı
qərarına görə 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının boykot
edilməsinin mümkünlüyünü açıqlayıb.
O bildirib ki, hazırda bu istiqamətdə müzakirələr aparılır.
Qeyd edək ki, dekabrın 8-də Beynəlxalq Olimpiya Komitəsi Rusiya idmançılarına
2024-cü il Olimpiya Oyunlarında neytral statusda iştirak etməyə icazə verib.
BOK bildirib ki, Rusiya idmançılarından Olimpiya Xartiyasına hörmət etmək
öhdəliyinə dair iştirak şərtlərini imzalamaları tələb olunacaq. Öz növlərində
vəsiqə qazana bilən rusiyalı idmançılar yarışa buraxılacaqlar.
Mənbə: gazeta.ru