Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radaya gələrək Rusiya ilə müharibədə
ölkəsinin Qələbə planını təqdim edib.
Cixisyolu.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, planın birinci müddəası
ölkənin dərhal NATO üzvlüyünə qəbul edilməsini nəzərdə tutur.
İkinci bənddə isə Ukraynanın müdafiə sənayesi sahəsində istehsalın və Qərb
tərəfdaşlarının köməyinin genişləndirilməsi qeyd edilib.
Növbəti müddəada isə Ukraynanın ərazisində ölkənin Rusiyadan yönələ biləcək
istənilən təhlükədən qorunmasını təmin edən qeyri-nüvə xarakterli strateji
müdafiə sistemlərinin yerləşdirilməsi əks olunub.