Ukrayna və Azərbaycan arasında 133 ikitərəfli razılaşma var.
Bu, ÇıxışYolu.Com-ın Ukraynanın MDB-dən çıxmasından sonra Bakı və Kiyev arasında gələcək münasibətlərlə bağlı sorğusuna ukraynanın Azərbaycandakı səfirliyinin cavabında yer alıb.
“Ukraynanın MDB-dən çıxması iki ölkə arasındakı münasibətlərə təsir göstərməyəcək.
Bundan başqa, biz Bakı ilə münasibətlərdə yeni perspektivləri inkişaf etdiririk”, – səfirliyin məlumatında deyilir.
Səfirliyin mətbuat xidmətindən bildirilib ki, Ukrayna və Azərbaycan arasında 2002-ci ildə imzalanmış saziş əsasında həyata keçirilən vizasız rejim Kiyevin MDB-ni tərk etməsindən sonra da qüvvədə qalacaq.
Ukrayna MDB çərçivəsində bağladığı bir neçə müqavilədən çıxmaqla bağlı qərar qəbul edib.
Əli Məmmədov
www.ÇıxışYolu.Com