Ukrayna Şimali Koreyanın uzaq-mənzilli ballistik raketlərində Dneprdə istehsal olunmuş elementlərdən istifadə olunmasının mümkünlüyünü etiraf edib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “RİA Novosti” BMT-nin KXDR-ə qarşı sanksiyalar üzrə ekspert qrupunun üzvü Dmitriy Kikuya istinadən məlumat yayıb.
Mütəxəssis 2017-ci ildə Şimali Koreya raketlərində Ukraynanın “Yuşmaş” zavodu tərəfindən istehsal olunmuş “RD-250” sovet mühərrikinin elementlərinin olduğu barədə KİV-də yayılan informasiyanı xatırladıb.
“Ekspert qrupunun sorğusuna cavab verən Ukrayna, həmin Şimali Koreya raketlərinin mühərriklərində böyük ehtimalla Ukrayna elementlərinin olduğunu təsdiqləyib.” deyə Kiku bildirib.