Ukraynanın hərbi poliqonlarından birində “Skif” tank əleyhinə raket kompleksinin (“Stuqna-P”nin ixrac versiyası) sınaqları keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Luç” konstruktor bürosu “Facebook” səhifəsində məlumat paylaşıb.
“Skif” kompleksinin konstruksiyası sifarişçinin tələbi ilə dəyişdirilib.
“Bütün modifikasiyalar buraxılış qurğusunun yumşaq torpaq və qum şəraitində istifadəsinə adaptasiya olunmasına yönəlib. Raketin özünə heç bir dəyişiklik edilməyib, belə ki, raket əvvəlcədən istənilən iqlim və hava şəraitində istifadə edilə bilməsi üçün hazırlanıb”, – deyə konstruktor bürosunun məlumatında qeyd olunur.
“Skif” TƏRK Kiyevdə qərarlaşan “Luç” bürosu tərəfindən 2005-ci ildə hazırlanıb. Bir müddət sonra “Pelenq” Belarus şirkətinin əməkdaşlığı ilə teplovizorlu “Skif-M” versiyası ərsəyə gətirilib. Tuşlama lazer şüası ilə hədəfi avtomatik müşayiət edir. Atəş məsafəsi beş kilometrə qədərdir.