94678696-db12-4880-b699-a3fea82d4763..jpg

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiyanın gizli yeraltı anbarları və gizlədilmiş xammal aşkar edilib” – FOTO

Baxış sayı: 4. 491 dəfə baxılıb.

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiyanın gizli yeraltı anbarları və
gizlədilmiş xammal aşkar edilib” – FOTO

Ukraynada rusiyalı oliqarx Alişer Usmanovun təxminən iki milyard qrivna (54
milyon dollar) dəyərində əmlakına həbs qoyulub.

Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat verib.

Məlumata görə, istintaq və əməliyyat tədbirləri nəticəsində Rusiya
Federasiyasının yeraltı anbarlarının yeri müəyyən edilib ki, burada 160 min
tondan çox Ukrayna dəmir filizinin saxlanıldığı məlum olub.

“Ukraynanın bir neçə dəniz limanının ərazisində gizlədilmiş xammal aşkar
edilib. Müsadirə olunmuş faydalı qazıntıların ümumi dəyəri təxminən iki milyard
qrivna (54 milyon dollar) təşkil edir”, – deyə məlumatda qeyd olunub.

Müəyyən edilib ki, aşkarlanan dəmir filizi partiyası Kremlin ali hərbi-siyasi
rəhbərliyinin yaxın çevrəsinin üzvü olan rusiyalı oliqarx Alişer Usmanovun
şirkətinə məxsusdur.

Məlumata görə, rusiyalılar gizli xammalı qanunsuz olaraq gəmilərlə Rusiyaya
göndərməyə cəhd ediblər. Bundan sonra faydalı qazıntıların Rusiyanın
metallurgiya sənayesi və hərbi-sənaye kompleksinə verilməsinin planlaşdırıldığı
məlum olub. Və nəticədə də bundan Rusiya hərbçilərinin ehtiyaclarının ödənməsi
üçün istifadə edilməsi nəzərdə tutulurmuş.

Təhlükəsizlik Xidmətinin materiallarına əsasən, müsadirə edilmiş əmlaka həbs
qoyulub. Əmlakın Korrupsiya və digər cinayətlərdən əldə edilmiş aktivlərin
müəyyən edilməsi, axtarışı və idarə olunması üzrə Milli Agentliyə verilməsi
məsələsi həll edilir.

Mənbə: UNİAN

Source link